среда, 22 апреля 2015 г.

GA-40

GA-40

GA-40 – Ticari adı: GA-40
GA-40 – satiş forması – toz halında
GA-40 tərkibi:
Aktiv maddə: 1 flakonun tərkibinə 1mq təbii polipepdid kompleksi daxiıdir.
Köməkçi maddə: Natrium xlorid – 45 mq, kalium dihidrofosfat – 13,5 mq, həll edici maye – 5 ml.
GA-40 – farmakoloji qrup: xərçəng əleyhinə və imunomodulyator.
GA-40 - farmakoloji xüsusiyyətləri:
Klinikadan öncə və klinikal təcrübələrə əsasən müalicəvi preparat GA-40 birbaşa və dolayı yolla xərçəng hüceyrələrinə təsir göstərərək onları məhv edir.
Xərçəng əleyhinə təsirin mexanizması; Klinikaya qədər və klinikal təcrübələrə əsasən preparat xərçəng hüceyrələrinə qarşı seçiçi təsiri ilə fərqlənir. Orqanizmin digər hüceyrələrinə hec bir mənfi təsir göstərmir. GA-40 hüceyrənin üzərində olan transmembranal, DR-ölüm resrptorlarıyla birləşərək hüceyrə daxilinə informasiya göndərir.Bu siqnallar sayəsində hüceyrədə özünü məhv etmə,yəni apoptoz prosesi başlayır.

Preparat, p53 və p21 funksiyalarının normallaşmasında və xərçəngin gludation sisteminin bloklanmasinda böyük rol oynayır.
GA-40 İmmun sisteminin xərçəng əleyhinə funksiyasını aktivləşdirir. Preparatin tərkibindəki aktiv maddə, immun sisteminin mononuklear hüceyrələrinin üzərindəki reseptorarla birləşərək, hüceyrə membranında struktur dəyişikliklər yaradır və Ca-asili oımayan proteinkinazaların, Ca-asılı olan proteinkinazaların və bir çox başqa maddələri aktivləşdirir. Bu maddələrin aktiv formaya keçməsi, xüsusi genlərin ekspresiyasini və başqa növ sitogenlərin, xərçəngin nekroz faktorunun, gama interferonun sintezini gücləndirir. preparatın tərkibindəki aktiv maddələr eyni zamanda immun sisteminin hüceyrələrinə stimul verərək onlarin xərçəng əleyhinə funksiyasını gücləndirir.
GA-40 xərçəng əleyhinə təsiri eyni zamanda antiangiogenez xüsusiyyətiylə də əlaqəlidir. Preparat xərçəng hüceyrələrini qidalandiran damarlarin endotel qatında sintez olunan böyümə faktorunu bloklayır.
GA-40 Preparat antiangiogenrz xüsusiyyətiylə, yeni damarların yaranmasına ve metastazların yayılmasına mane olur.
GA-40 eyni zamanda antioksidant təsirə də malikdir, hansi ki onkoloji pasiyentlərdə çox vacibdir. Preparat hüceyrə daxilo oksigen peroksidin sintezini azaldir. Eyni zamanda hüceyrə daxilində, serotoninin, süd turşusunun, sirkə turşusunun, sidik turşusunun və ksantinin tərkibini azaldır və qaraciyərdə zülların, oksigenkn, amin turşularının və ATF in tərkibini artırır.
GA-40 güclü imunomodulyatordur və imunokorektorlar qrupuna daxildir. Preparat T və B limfositlərin fəaliyyətini bərpa edir.preparatı qəbul edendən sonra orqanizmdə ona qarşı anticisimlər sintez olunmur. Qanda T-ümumi,T-aktiv, təbii killer hüceyrələri, T-supresor, leykosit, eozinofil, bazofil, neytrofil, limfosit, monosit və limfa sisteminin digər hüceyrələrinin akyiv vəziyyətə gəlməsinə kömək edir. Başqa faktorlar sayəsində pozulmuş qanın biokimyəvi xüsusiyyətini bərpa edir.
GA-40 la müalicə olunan zaman, embrional xərçəng hüceyrələrinin,alfa-fetoproteinlərin, prostatospesifik antigenin və xərçəngin xüsusiyyətlərini azaldır. Preparat eyni zamanda qanın tərkibində natriumun, kaliumun, kalsiumun və digər ionların normada qalmasına müsbət təsir göstərir.
GA-40 - İstifadəsindəki göstərişlər: bədxassəli şişlər
GA-40 istifadəsi kimyoterapiya və şüa terapiyası ilə birlikdə məsləhətlidir. Preparatı yuxarıda göstərilən komplekslərlə birlikdə istifadə edən zaman, xərçəng hüceyrələrinin inkişafına mane olur, pasiyentin həyat keyfiyyətini yaxşılaşdırır və ağrıları azaldır. Preparatın istifadəsi terapiyadan əvvəl ona paralel və ya terapiyadan sonra da mümkündür.  GA-40 xərçəng əleyhinə terapiyanin mənfi təsirlərini aradan qaldıraraq bir sonraki terapiyani daha effektli edir. Preparatin istifadesi eyni zamanda cərrahi əməliyyatlar zamanı da mümkündür. Əməlliyatdan sonra immun sistemi gözlə görüləcək qədər zəifləyir və buda orqanizmani infeksiyalara ve metastazlara qarşı müdafiəsiz qoyur.
Cərrahi əməliyatdan sonra bərpa proseslərini sürətləndirir.
Leykozlar – şiddətli mieloblastik ve meqakarioblastik leykozlar zamani  GA-40 ı müalicə prosesinə daxil eden kimi, qan hüceyrələrinin inkişaf prosesini sürətləndirir.
Xoşxassəli şişlər və başqa xəstəliklər zamanı
Allergik xəstəliklər: Bronxial astma və başqa allergik xəstəliklər zamanı başqa preparatlarla birıikdə istifadə olunur.
İnfeksiya və başqa iltihabi xəstəliklər: Xroniki qaraciyar xəstəliklər (alkogolizm nəticəsində yaranmış hepatit daxil), prostatit, tuperkulyozlar və ümumi intoksikasiya zamanı başqa preparatlarla kombinasiyada istifadə olunur.
Profilaktik məqsədlərlə də istifadə olunur.
GA-40 - istifadəsindəki əks göstərişlər: preparatin istifadəsində hec bir əks göstəriş yoxdur.
GA-40 – əlavə təsirləri:
GA-40 əlavə təsirlər. Heç bir əlavə təsir aşkarlançayıb. Bununla belə preparatın başqabaşqa orqanları təsiri, kumulyasiya effekti, xroniki toksikliyi, imunotoksikliyi, allergik reaksiyaları bə bir çox başqa təsirləri yoxlanılıb.
GA-40 istifadəsi hamiləlik və laktasiya zamani məsləhət deyil.
GA-40 “müalicəni dayandırma sindromu” aşkarlanmayıb.
GA-40 – nəqliyyat vasitələrinin idarə olunmasina ve mexanizmlər üzrə işə təsir: nəqliyyat vasitələrinin və mexanizmlərin idarə olunmasina mənfi təsir göstərmir.
GA-40 - İstifadə qaydası və dozalaşdirma:
Həkim preparati xəstənin çəkisinə əsasən təyin edir. 1 inyeksiya dozasi 2 mkq/kq bədən çəkisinə. Preparat dəri altına və ya əzələyə təyin olunur. İynəni 100 kq dan aşagı olan insanlara insulin iynəsiylə, 100 kq dan çox olan insanlara isə 2 qr  şprislə vurmaq məsləhətlidir. Müalicənin bir kursu 21 inyeksiyadan ibarətdir. Müalicə xəstəlik tam yox olana qədər davam edir. Kurslar arası müddət 10 – 14 gündən ibarətdir. Profilaktik məqsədlə müalicə 2 – 4 aydan bir təkrar olunur.
GA-40 - İnyeksiyanin hazirlanma qaydası:
Hazırlayın: 
    •  GA-40 flakonu tozla;
    • həll edici ampula (inyeksiya mayesi)
    •  5 ml şpris uzun iynəylə, hansiki flakona mayeni daxil etmək üçün istifadə olunur.
    • 1 ml insulin iynəsi (100kqdan aşağı) 2 ml şpris (100 kq dan yüksək)
Flakonun alüminium qapaqciğini elə açın ki hermetivlik pozulmasın, flakonun agzini təmiz pambıqla təmizləyin. 5ml şprisi açın, əliniz iynənin ucuna dəyməmək şərtiylə, iynəni şprisə möhkəm bərkidin. Şprisə mayeni çəkin və flakona daxil edin diqqətlə flakonu bir neçə dəfə çalxalayın, toz həll olana kimi. Hazırladıqdan sonra öncədən təyin olunan qədər çəkin.
GA-40 - Artıq doz:
Artıq doz qəbul olunan zaman xüsusi tədbir görməyə ehtiyac yoxdur.
GA-40 – ehtiyyat tədbirləri
GA-40 la müalicəyə başlamadan əvvəl və uzun müddətli müalicə zamanı koaquloqrama analizi və həkim məsləhəti vacibdir. Müalicə zamanı alkaqoldan istifadə qəti qadagandir.
GA-40 - Yaddan çıxmış doza:
Preparatın dozası yaddan çıxan zaman  müalicə adi qaydayla davam olunmalidir.
GA-40 - Başqa preparatlarla heç bir mənfi təsiri aşkarlanmayıb.
GA-40 - Vizual deffekt aşkarlanan zaman preparatin qəbulu dayandırılmalıdır.
GA-40 - buraxılış forması: toz halında 5 flakon bir qutuda.
GA-40 - saxlanma şəraiti:
preparat günəş şüalarından uzaqda +40 -10dərəcəyədək temperaturada saxlanılmalıdır.
GA-40 - yararlılıq müddəti: 24 ay
GA-40 – buraxılma qaydası: farmasevtik məhsulun 2 ci qrupu (həkim reseptiylə)
GA-40 - istehsalçı firma:
MMC “Eubiotiklər” – MMC “Tibbi bioloqlar elmi araştırma mərkəzi “Aleks” üçün.
Tel/faks: (995 32) 237 67 99
____________________________

Комментариев нет:

Отправить комментарий